Donald Tramp: 'Allaha' həmd olsun - yazdı

Donald Tramp: 'Allaha' həmd olsun - yazdı

Nizami Salmanov · Media ·

ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasında İran İslam Respublikasına qarşı sərt və təhdidedici bəyanat yayıb. Bu bəyanatda o, İrana qarşı bir sıra təhdidlər edərək, ölkəni müəyyən addımlar atmağa çağırıb.

Redaksiya xəbər verir ki, ABŞ prezidenti Donald Tramp öz təhdidedici Truth Social hesabındakı postunda yazıb ki, çərşənbə axşamı İran üçün "Enerji Stansiyası Günü" və "Körpü Günü" olacaq, hər ikisi bir araya gələcək. O, bunun bənzəri olmayacağını vurğulayaraq, İranı "boğazı açmağa" çağırıb.

ABŞ prezidenti Donald Tramp öz müraciətində İranı boğazı açmamaq halında "cəhənnəmdə yaşayacaqsınız" deyə xəbərdar edib. O, postunu "Bunu sadəcə izləyin! 'Allaha' həmd olsun" sözləri ilə bitirərək, bəyanatına dini çalarlar əlavə edib.