Dmitri Medvedevdən Qərbə yeni xəbərdarlıq: “… Davamı gələcək”

Dmitri Medvedevdən Qərbə yeni xəbərdarlıq: “… Davamı gələcək”

Sevinc Kərimova · Siyasət ·

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Qərbə yeni xəbərdarlıq edib.

Redaksiya xəbər verir ki, Medvedev Rusiya Xarici İşlər Nazirliyinin orta və qısa mənzilli raketlərin yerləşdirilməsinə dair moratoriumun ləğvi ilə bağlı açıqlamasını şərh edərək bildirib: “Bu addım NATO ölkələrinin davam edən anti-Rusiya siyasətinin birbaşa nəticəsidir. Artıq bütün rəqiblərimiz nəzərə almalıdırlar ki, bu, yeni və dəyişməz bir reallıqdır. Davamı gələcək.”

Medvedevin sözləri Rusiya ilə NATO arasında hərbi-siyasi gərginliyin daha da artacağını göstərir. Ekspertlər bu açıqlamanı Moskvanın yaxın aylarda regionda daha sərt hərbi addımlar ata biləcəyinə işarə kimi qiymətləndirir.

Sevinc Kərimova