Venesuelanın müvəqqəti prezidenti Delcy Rodríguez gələn həftənin çərşənbə axşamı Vaşinqtona səfər etmək üçün ABŞ tərəfinə müraciət edib. Səfər çərçivəsində Ağ Evə mümkün ziyarətin də nəzərdən keçirildiyi bildirilir.
Redaksiya ABC internacional-a istinadla xəbər verir ki, müraciət hazırda ilkin baxış mərhələsindədir və onun reallaşması üçün ABŞ Xəzinədarlığının tətbiq etdiyi sanksiyalarla bağlı müvəqqəti istisna qərarı tələb olunur. Delcy Rodríguez insan haqlarının pozulması ilə bağlı sanksiya siyahısına daxil edilib.
Məlumata görə, sözügedən müraciətin vaxtı Venesuelalı müxalifət lideri María Corina Machado-nun gələn həftə Vaşinqtona planlaşdırılan səfəri ilə üst-üstə düşür. Bu zamanlama ABŞ paytaxtında Venesuela ilə bağlı siyasi müzakirələrin intensivləşəcəyi ehtimalını artırır.
Qeyd olunur ki, mümkün səfərin baş tutub-tutmayacağı təhlükəsizlik, hüquqi prosedurlar və sanksiya rejimi çərçivəsində veriləcək qərarlardan asılı olacaq. ABŞ tərəfi məsələ ilə bağlı yekun mövqeyini hələ açıqlamayıb.
