Dario Amodei OpenAI-dən niyə ayrıldığını açıqladı

Dario Amodei OpenAI-dən niyə ayrıldığını açıqladı

Fərid Əlizadə · Media ·

Anthropic-in baş direktoru Dario Amodei OpenAI-dən ayrılaraq yeni şirkət qurmasının əsas səbəblərini açıqlayıb.

Redaksiya xəbər verir ki, Amodeinin sözlərinə görə, bu qərarın arxasında iki əsas inanc dayanıb.

Birinci inanc “scaling laws”, yəni miqyas qanunları ilə bağlı olub. Amodei bildirib ki, modellərə daha çox data və hesablama gücü verildikcə onların performansında inanılmaz artım müşahidə olunur.

Onun sözlərinə görə, bu nəticələr hələ 2019-cu ildə GPT-2 üzərində iş zamanı aydın görünməyə başlamışdı.

Amodei qeyd edib ki, həmin dövrdə həm OpenAI daxilində, həm də şirkətdən kənarda çoxları bu yanaşmaya inanmırdı. Buna baxmayaraq, o və komandası rəhbərliyə bu istiqamətin böyük dönüş nöqtəsi olacağını izah etməyə çalışıb.

İkinci əsas inanc isə təhlükəsizliklə bağlı olub.

Amodeinin sözlərinə görə, əgər bu modellər bir gün insan beyninin imkanlarına yaxınlaşacaqsa, onların düzgün şəkildə hazırlanması həyati əhəmiyyət daşıyır.

O bildirib ki, OpenAI-də təhlükəsiz və məsuliyyətli inkişaf barədə çox danışılırdı, lakin onda bunun həqiqətən ciddi və dərin bir öhdəlik olduğuna dair kifayət qədər inam yaranmamışdı.

Bu səbəbdən Amodei Anthropic-i daha təhlükəsiz, idarəolunan və insan maraqlarına uyğun Sİ sistemləri yaratmaq məqsədilə qurduğunu bildirib.