Claude Opus 4.8 təqdim edildi

Claude Opus 4.8 təqdim edildi

Fərid Əlizadə · Media ·

Anthropic Claude Opus 4.8 modelini təqdim edib.

Redaksiya xəbər verir ki, şirkət yeni modeli mürəkkəb agent tapşırıqları, kodlaşdırma və uzunmüddətli iş prosesləri üçün ən güclü Claude versiyalarından biri kimi təqdim edir.

Anthropic-in məlumatına görə, Opus 4.8 əvvəlki versiyalarla müqayisədə daha sürətli, daha dəqiq və təhlükəsizlik baxımından daha stabil işləyir.

Yeni model üçün fast rejimi də istifadəyə verilib. Bu rejimdə cavabların yaradılma sürəti 2,5 dəfəyə qədər artırılır.

Şirkət bildirir ki, Opus 4.8-də yanlış və uyğunsuz davranış göstəriciləri Opus 4.7 ilə müqayisədə azaldılıb. Model istifadəçinin maraqlarını qorumaq və daha etibarlı cavab vermək istiqamətində yenilənib.

Claude Opus 4.8 həm Claude API üzərindən, həm də Claude Code daxilində istifadə oluna bilər.

Anthropic eyni zamanda Claude Code üçün “dynamic workflows” funksiyasını da təqdim edib. Bu imkan modelə böyük kod bazalarında yüzlərlə paralel subagentlə işləməyə, miqyaslı dəyişikliklər aparmağa və nəticələri yoxlamağa şərait yaradır.

Yeni modelin adi qiyməti Opus 4.7 ilə eyni saxlanılıb: 1 milyon giriş tokeni üçün 5 dollar, 1 milyon çıxış tokeni üçün 25 dollar. Fast rejimində isə qiymət müvafiq olaraq 10 və 50 dollar təşkil edir.