Claude Code üçün proqramlaşdırmanı daha təhlükəsiz edən yeni Security Guidance plagini istifadəyə verilib.
Redaksiya xəbər verir ki, alət kod yazılması prosesində təhlükəli nümunələri, səhvləri və potensial zəiflikləri avtomatik aşkarlayır.
Security Guidance real vaxt rejimində işləyir. Tərtibatçı kod yazarkən sistem riskli hissələri tapır və onları dərhal düzəltməyi təklif edir və ya avtomatik aradan qaldırır.
Plugin bir neçə rejimlə işləyir. Sürətli rejim sadə və açıq təhlükəsizlik problemlərini dərhal müəyyən edir.
“Medium” rejimi əvvəlcə kodu analiz edir, daha sonra daha mürəkkəb təhlükəsizlik boşluqlarını aradan qaldırır.
“Deep” rejimi isə daha geniş konteksti nəzərə alır. Bu rejim commit yaradılarkən kod bazasını araşdırır və aşkar olunan zəiflikləri təsdiqləyir.
Yeni alət Claude Code-da təhlükəsiz proqramlaşdırmanı inkişaf prosesinin son mərhələsinə deyil, birbaşa kod yazma anına daşıyır.
Ekspertlər hesab edirlər ki, bu cür plaginlər Sİ kodlaşdırma agentlərinin yalnız kod yazmaqla kifayətlənməyib, həm də təhlükəsizlik nəzarəti funksiyasını üzərinə götürməyə başladığını göstərir.
