Claude bütün yeni məzmunlara görünməz nişanlar əlavə edir

Claude bütün yeni məzmunlara görünməz nişanlar əlavə edir

Fərid Əlizadə · Media ·

Anthropic avqustun 2-dən etibarən Claude tərəfindən yaradılan məzmunlara görünməz nişanlar əlavə etməyə başlayıb. Sistem mətn, şəkil, fayl və bəzi digər çıxışların süni intellekt tərəfindən yaradıldığını və ya emal edildiyini müəyyənləşdirməyə imkan verir. Bu barədə Anthropic məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, yeni Claude modellərində mətnlərə görünməz su nişanları, dəstəklənən fayllara isə C2PA standartına uyğun rəqəmsal mənşə məlumatları əlavə olunur. Bu nişanlar istifadəçi tərəfindən adi şəkildə görünmür və müəyyən hallarda məzmun başqa platformaya köçürüldükdə də qala bilər.

Nişanların aşkarlanması məzmunun Claude tərəfindən yaradılıb-yaradılmadığını və ya sonradan dəyişdirilib-dəyişdirilmədiyini müəyyən etməyə kömək edə bilər. Anthropic köhnə modellərə də mərhələli şəkildə belə nişanların əlavə olunması üzərində işləyir.

Nişanları necə təmizləmək olar:

  • Mətn: mətni ciddi şəkildə redaktə edin, geniş parafraz edin və ya başqa dilə tərcümə edin. Nə qədər çox dəyişiklik edilərsə, ilkin nişanın aşkarlanma ehtimalı bir o qədər azalır.

  • Şəkil: fayldakı metadatanı silin, şəkli müxtəlif formatlarda bir neçə dəfə yenidən saxlayın və ya ekran görüntüsü götürün.

  • Kod: 3-4 əsas dəyişənin adını dəyişin, funksiyaların strukturunu əl ilə yenidən qurun və ya kodu Prettier və Black kimi formatterlərdən keçirin.

Anthropic bildirir ki, mətn ciddi şəkildə dəyişdirildikdə, parafraz və ya tərcümə olunduqda, fayllar isə yenidən saxlanıldıqda və ya formatı dəyişdirildikdə nişanların aşkarlanması zəifləyə və ya mümkün olmaya bilər.