Çinin “RedNote” şirkəti “dots-note-3.0” süni intellekt modelinin Beynəlxalq Riyaziyyat Olimpiadasının bütün altı məsələsini həll edərək mümkün 42 balın hamısını topladığını açıqlayıb. Şirkət bunu Sİ sisteminin olimpiadada əldə etdiyi ilk maksimum nəticə kimi təqdim edib.
Redaksiya xəbər verir ki, olimpiada tapşırıqları test formasında deyil və hər bir məsələnin tam, ardıcıl riyazi sübutla həll olunmasını tələb edir. Məntiqi əsaslandırmada buraxılan hər hansı boşluq yekun bala təsir göstərə bilər.
“RedNote”un məlumatına görə, model cavabları hazırlayarkən agent əsaslı mexanizmdən istifadə edib, ehtimal olunan sübutları yaradıb, sınaqdan keçirib və təkmilləşdirib. Qiymətləndirmə zamanı modelə insan müdaxiləsinin, əlavə ipuclarının və cavabların redaktəsinin qadağan olunduğu bildirilir.
“dots-note-3.0” ölçüsünə görə “dots3” model ailəsinin ən kiçik versiyasıdır. Şirkət hazırda daxili istifadədə olan modeli gələcəkdə açıq mənbəli şəkildə yayımlamağı planlaşdırdığını açıqlayıb, lakin konkret tarix göstərməyib.
