Çin dövlət televiziyası CCTV xarici casusların ölkədə hərbi obyektləri izləmək üçün qeyri-adi üsullardan istifadə etdiyini bildirib.
Redaksiya xəbər verir ki, CCTV-nin reportajında bəzi xarici kəşfiyyat əməkdaşlarının toy fotoqrafı kimi maskalanaraq hərbi obyektlər yaxınlığında çəkiliş apardığı qeyd olunub.
Məlumata görə, xarici xüsusi xidmət orqanları yalnız foto və videoçəkilişlə kifayətlənmir, həm də kənd təsərrüfatı cihazları və digər texniki avadanlıqlardan müşahidə məqsədilə istifadə edə bilər.
Çin mediası bu halları ölkənin milli təhlükəsizliyinə qarşı artan casusluq təhlükəsinin nümunəsi kimi təqdim edib.
Pekin son illərdə vətəndaşları xarici kəşfiyyat fəaliyyəti barədə daha diqqətli olmağa çağırır və şübhəli hallarla bağlı təhlükəsizlik orqanlarına məlumat verməyi tövsiyə edir.
Hadisə Çinlə Qərb ölkələri arasında texnologiya, müdafiə və kəşfiyyat sahələrində qarşılıqlı ittihamların artdığı dövrə təsadüf edir.
