Çində süni intellektlə idarə olunan robot itlər polis patrullarına qoşulub

Çində süni intellektlə idarə olunan robot itlər polis patrullarına qoşulub

Fərid Əlizadə · Texnologiya ·

Çin süni intellekt (Sİ) texnologiyalarını ictimai təhlükəsizlik sahəsində tətbiq etməyə başlayıb. Global Times-ın məlumatına görə, ölkədə Sİ dəstəkli robot itlər artıq polis patrullarına qoşulub.

Redaksiya xəbər verir ki, yeni nəsil robot itlər şəhər küçələrində patrul xidmətinə cəlb olunur və müasir sensor sistemləri sayəsində real vaxtda müşahidə, izdihamın idarə olunması və təhlükə aşkarlanması funksiyalarını yerinə yetirə bilir.

Rəsmilərin sözlərinə görə, bu texnologiya polis əməkdaşlarının yükünü azaltmaqla yanaşı, fövqəladə hallara daha sürətli reaksiya verməyə imkan yaradacaq.