Dünyanın bir çox ölkəsində ChatGPT istifadəçiləri xidmətin işləmədiyini bildirirlər. Platformaya daxil olmaqda çətinlik çəkən istifadəçilər sosial mediada narazılıqlarını ifadə ediblər.
Redaksiya xəbər verir ki, Downdetector platforması ChatGPT-də kütləvi nasazlıqları təsdiqləyib. Problemlərin səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb, lakin texniki xəta ehtimalı üzərində dayanılır.
OpenAI şirkəti məsələ ilə bağlı araşdırma apardığını bildirib. İstifadəçilərə xidmətin tezliklə bərpa olunacağı vəd edilib.
Bu, son aylarda ChatGPT-də qeydə alınan ikinci böyük nasazlıqdır. Ekspertlər süni intellekt platformalarının sabitliyinin artırılmasının vacibliyini vurğulayırlar.
Fərid Əlizadə
