ChatGPT bütün dünyada çökdü

ChatGPT bütün dünyada çökdü

Fərid Əlizadə · Media ·

Dünyanın ən məşhur süni intellekt modeli olan "ChatGPT" platformasının xidmətlərində qlobal miqyasda kütləvi fasilə yaranıb. İstifadəçilər sistemə daxil olmaqda, cavab almaqda və tətbiqdən istifadə etməkdə ciddi problemlərlə qarşılaşıblar. Bu barədə "Downdetector" portalı məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, texniki nasazlıq qısa müddət ərzində minlərlə istifadəçini əhatə edib. Daxil olan şikayətlərin böyük hissəsi çatbotun sorğulara cavab verməməsi, cavabların yarıda kəsilməsi və hesablara giriş zamanı yaranan xətalarla bağlıdır. Problem həm veb versiyada, həm də mobil tətbiqdə özünü göstərib.

"OpenAI" şirkəti sistemdə baş verən kəsintini təsdiqləyərək texniki komandanın məsələni araşdırdığını bildirib. Şirkət xidmətlərin sabit iş rejiminin bərpası üçün müvafiq işlərin görüldüyünü və yaxın vaxtlarda problemin tam aradan qaldırılacağını qeyd edib.