Cənubi afrikalı pastor “dünyanın sonu” üçün yeni tarix açıqlayıb

Cənubi afrikalı pastor “dünyanın sonu” üçün yeni tarix açıqlayıb

Könül Məmmədova · Media ·

Cənubi Afrikadan olan pastor Coşua Mlakela “dünyanın sonu” və ya xristian teologiyasında bəzi cərəyanların qəbul etdiyi “yüksəliş” hadisəsinin 12-13 oktyabr 2026-cı ildə baş verəcəyini iddia edib. O, bu tarixi guya dini görüntülər əsasında müəyyən etdiyini bildirib. Bu barədə yerli məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Mlakela Tanrı və İsa Məsihlə bağlı gördüyünü iddia etdiyi görüntülərdən sonra yeni tarix açıqladığını deyib. Pastorun sözlərinə görə, bu dəfə göstərdiyi tarix “son” tarixdir və daha dəyişdirilməyəcək.

Mlakela daha əvvəl də 23 sentyabr 2025-ci ili eyni hadisənin baş verəcəyi tarix kimi göstərmişdi. Həmin proqnoz baş tutmadıqdan sonra o, Qiyamət gününün insanlara tövbə üçün əlavə vaxt verilməsi məqsədilə təxirə salındığını iddia etmişdi.

Pastor yeni tarixi əvvəlki hesablamada təqvim fərqinin nəzərə alınmaması ilə izah edir. O, proqnozunu yəhudi təqvimindəki Roş ha-Şana bayramı ilə əlaqələndirərək düzgün tarixin sentyabr deyil, oktyabr olduğunu bildirir.

Bununla belə, Mlakelanın iddiasının heç bir elmi əsası yoxdur və dünyanın bir neçə gün ərzində məhv olacağına dair astronomiya, geologiya və ya digər elm sahələrində təsdiqlənmiş məlumat mövcud deyil. Söhbət dini inanca əsaslanan şəxsi proqnozdan gedir.

Mlakelanın əvvəlki proqnozuna inanan bəzi şəxslərin ev və avtomobillərini satdığı, hətta işlərini tərk etdiyi bildirilmişdi. Buna görə yeni açıqlama da sosial şəbəkələrdə geniş müzakirə yaratsa da, faktoloji proqnoz kimi qəbul edilmir.