İngiltərə təmsilçisi “Çelsi” FIFA Klublar Dünya Kubokunun finalında “Paris Sen-Jermen”ə qarşı vacib qələbə qazanıb.
Redaksiya xəbər verir ki, London klubu ilk hissədə vurduğu qollarla PSJ-ni 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Oyun ərzində Kol Palmer xüsusilə parlaq çıxışı ilə seçilib — o, ilk 30 dəqiqədə iki qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Final matçında ABŞ prezidenti Donald Tramp da tribunada görüntülənib.
Fərid Əlizadə
