Dünya şöhrətli aktyor Ceki Çanın rol aldığı “Armour of God 4: Ultimatum” filminin Bakıda aparılan çəkilişləri başa çatıb. Beynəlxalq kino layihəsinin Azərbaycandakı tibbi dəstək tərəfdaşı Mərcan Hospital olub.
Mərcan Hospital tərəfindən film heyətinin tibbi təhlükəsizliyinin təmin olunması üçün peşəkar tibbi komanda və təcili tibbi yardım avtomobili çəkiliş meydançasında xidmət göstərib. Tibbi komanda aktyorlar, kaskadyorlar və çəkiliş heyətinin digər üzvlərinə zərurət yarandığı hallarda operativ tibbi yardım göstərib.
İntensiv çəkiliş qrafiki və kaskadyorların iştirakı ilə hazırlanan səhnələr tibbi xidmətin operativ və fasiləsiz təşkilini vacib edən əsas amillərdən olub. Fiziki hazırlıq və xüsusi təhlükəsizlik tədbirləri tələb edən səhnələr də daxil olmaqla, çəkiliş prosesi zamanı ilkin tibbi yardım yerində həyata keçirilib. Əlavə müayinə və tibbi nəzarət tələb olunan hallarda isə film heyətinin Mərcan Hospitala müraciəti təmin olunub, zəruri diaqnostik prosedurlar aparılıb.
Çəkilişlərin yekununda filmin baş rol ifaçıları Ceki Çan və Nikita Yefremov Mərcan Hospitalın tibbi komandasına göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər. Aktyorlar hospital əməkdaşları ilə xatirə fotosu çəkdirib və Mərcan Hospitalın tibbi formasını imzalayıblar.
Qeyd edək ki, Mərcan Hospital Azərbaycanın özəl sektorundan layihədə iştirak edən yeganə brend olub. Beynəlxalq miqyaslı kino layihəsində yerli səhiyyə müəssisəsinin tibbi tərəfdaş qismində iştirakı Azərbaycanın özəl tibb sektorunun bu tip irimiqyaslı layihələrin tibbi təminatını həyata keçirmək imkanlarını nümayiş etdirib.



