ABŞ Gizli Xidməti Çarli Körkün qətli ilə bağlı sui-qəsddən sonra Prezident Donald Trampın təhlükəsizlik tədbirlərini gücləndirib. Hadisə ictimaiyyət və siyasi dairələrdə ciddi rezonans doğurub.
Redaksiya xəbər verir ki, dövlət başçısının təhlükəsizliyini təmin edən qurum bütün protokolları yenidən nəzərdən keçirib və əlavə mühafizə tədbirlərinin tətbiqinə başlayıb. Təhlükəsizlik üzrə mütəxəssislər vəziyyətin davamlı izlənildiyini bildirirlər.
Məlumata görə, Trampın hər bir səfəri və çıxışı xüsusi nəzarət altında olacaq, təhlükəsizlik qüvvələrinin sayı artırılacaq. ABŞ ictimaiyyətində prezidentin təhlükəsizliyinə dair narahatlıqlar güclənməkdədir.
