Rusların “Burevestnik” raketi ABŞ-ın “Qızıl Qübbə” sistemini dələ bilər

Rusların “Burevestnik” raketi ABŞ-ın “Qızıl Qübbə” sistemini dələ bilər

Sevinc Kərimova · Hərbi ·

ABŞ-ın hazırladığı “Qızıl Qübbə” raketdən müdafiə sisteminin Rusiya tərəfindən sınaqdan keçirilən “Burevestnik” qanadlı raketini aşkar etməkdə çətinlik çəkəcəyi bildirilir. The Wall Street Journal yazır ki, “Burevestnik”in aşağı hündürlükdə uçması onun aşkarlanmasını çətinləşdirir.

Redaksiya The Wall Street Journal istinadla xəbər verir ki, raketin sürəti və manevr qabiliyyəti barədə məlumat verilməsə də, bu amillərin onun müdafiə sistemlərindən yayınmaq imkanını artırdığı ehtimal olunur. Məqalədə qeyd edilir ki, müasir raketdən müdafiə sistemləri buraxılışı yalnız kosmik müşahidə vasitələri ilə müəyyən edə bilər.

Xatırladaq ki, oktyabrın 21-də Rusiya “Burevestnik” adlı qitələrarası qanadlı raketin son sınaqlarını uğurla həyata keçirmişdi. Prezident Vladimir Putin silahın nüvə enerjisi ilə işlədiyini və dünyada analoqu olmadığını bildirmişdi. Almaniyadan deputat Qunnar Lindemann isə bu sınağın Qərbdə narahatlıq doğurduğunu və Rusiyanın yüksək döyüş qabiliyyətini nümayiş etdirdiyini vurğulayıb.