Britaniya XİN rəhbəri: Qəzzada əməliyyat dərhal dayandırılmalıdır

Britaniya XİN rəhbəri: Qəzzada əməliyyat dərhal dayandırılmalıdır

Sevinc Kərimova · Siyasət ·

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi bildirib ki, İsrail ordusunun Qəzza şəhərində apardığı hərbi əməliyyatların dərhal dayandırılması zəruridir. Onun sözlərinə görə, bölgədə artan zorakılıq beynəlxalq hüquq normaları ilə uzlaşmır.

Redaksiya xəbər verir ki, nazir əlavə edib: “Britaniyanın Fələstin dövlətini tanımaq istiqamətində atdığı addımların əsas məqsədi iki dövlətli həll yolunu dəstəkləməkdir.”

Devid Lammi vurğulayıb ki, yalnız siyasi dialoq və beynəlxalq konsensus regionda davamlı sülhün təmin olunmasına xidmət edə bilər.

Sevinc Kərimova