Britaniya fövqalədə hazırlıq vəziyyəti elan etdi

Britaniya fövqalədə hazırlıq vəziyyəti elan etdi

Sevinc Kərimova · Hərbi ·

Böyük Britaniyanın baş naziri Kir Starmer, ABŞ-ın İrana qarşı mümkün hücumu ilə bağlı kabinetini təcili hazırlıq vəziyyətinə gətirib. Londonda fövqəladə təhlükəsizlik iclası keçirilib, Trampın hücum niyyəti barədə ictimaiyyətə heç bir siqnal vermədiyi halda, ssenarilər müzakirəyə çıxarılıb.

Redaksiya xəbər verir ki, əsas diqqət ABŞ-ın Hind okeanındakı Diyeqo Qarsiya bazasından B2 bombardmançıları ilə hücuma keçməsi ehtimalına yönəlib. Rəsmilər bu hücumların Britaniyanı münaqişəyə dolayısı ilə cəlb edə biləcəyindən narahatdır. Müzakirələrdə ABŞ səfiri və Britaniyanın yüksək rütbəli hərbi və kəşfiyyat nümayəndələri də iştirak edib.

Starmer eyni gün Qətər əmiri ilə telefon danışığı aparıb və tərəflər bölgədə gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar. Britaniya, İsrail-İran qarşıdurmasında neytral mövqeyini qorumağa çalışır və Tehrandakı səfirliyinin bağlanması riskindən çəkinir.

Sevinc Kərimova