Britaniya Baş naziri Starmer: İran heç vaxt nüvə silahı əldə etməməlidir

Britaniya Baş naziri Starmer: İran heç vaxt nüvə silahı əldə etməməlidir

Sevinc Kərimova · Siyasət ·

Böyük Britaniyanın Baş naziri Kir Starmer Yaxın Şərqdə baş verən son hadisələr fonunda İranın nüvə fəaliyyətlərinə dair sərt mövqe sərgiləyib. O bildirib ki, İranın nüvə silahı hazırlamasına heç bir halda icazə verilməməlidir.

Redaksiya xəbər verir ki, Starmer bu açıqlamanı ölkəsinin milli təhlükəsizlik siyasətinə və beynəlxalq öhdəliklərinə istinadla səsləndirib: “İran heç vaxt nüvə silahı inkişaf etdirməməlidir. ABŞ bu təhdidi məhdudlaşdırmaq üçün hərəkətə keçdi.”

Baş nazir həmçinin bölgədəki gərginliyin davam etdiyini vurğulayaraq deyib: “Yaxın Şərqdə vəziyyət hələ də kritikdir. Bizim əsas prioritetimiz regional sabitliyin qorunmasıdır.”

Starmer sonda Tehrana çağırış edərək bildirib: “İranı danışıqlar masasına dönməyə və böhranı diplomatik yollarla həll etməyə çağırırıq.” Britaniya hökumətinin bu çağırışı beynəlxalq diplomatik səylərin yenidən canlandırılmasına dəstək məqsədi daşıyır.

Sevinc Kərimova