Böyük Britaniya Baş naziri: İsrail Qəzzadakı hücum qərarını dəyişməlidir

Böyük Britaniya Baş naziri: İsrail Qəzzadakı hücum qərarını dəyişməlidir

Sevinc Kərimova · Siyasət ·

Böyük Britaniyanın baş naziri Kir Starmer bəyan edib ki, İsrail hökumətinin Qəzzaya qarşı hücumları daha da artırmaq qərarı yanlışdır və bu qərarın dərhal yenidən nəzərdən keçirilməsini tələb edirlər. Onun sözlərinə görə, bölgədə hərbi əməliyyatların genişlənməsi humanitar böhranı daha da dərinləşdirəcək.

Redaksiya xəbər verir ki, İsrailin maliyyə naziri Bezalel Smotriç, Fələstin dövlətini ortadan qaldıracaqlarını və Qəzzadakı “tarixi səhvi” düzəldəcəklərini bildirib. O, eyni “səhvin” İordan çayının qərb sahilində də aradan qaldırılacağına ümid etdiyini vurğulayıb.

Beynəlxalq müşahidəçilər hesab edirlər ki, bu bəyanatlar regionda gərginliyi artırmaqla yanaşı, İsrailin xarici siyasətdə təcrid riskini də gücləndirə bilər.

Sevinc Kərimova