Bolqarıstan “Eurovision” mahnı müsabiqəsində tarixində ilk dəfə qalib olub.
Redaksiya məlumat verir ki, ölkəni təmsil edən DARA “Bangaranga” mahnısı ilə 516 xal toplayaraq müsabiqənin qalibi seçilib.
Müğənni Filipp Kirkorovun sözlərinə görə, o və komandası DARA-nın müsabiqəyə hazırlığında iştirak ediblər. Mahnının müəllifi isə daha əvvəl Sergey Lazarev üçün kompozisiyalar yazmış Dimitris Kontopulosdur.
Final nəticələrinə əsasən, Bolqarıstandan sonra ikinci yeri İsrail, üçüncü yeri isə Rumıniya tutub.
Bolqarıstanın qələbəsi ölkənin “Eurovision” tarixində mühüm hadisə kimi qiymətləndirilir. DARA-nın çıxışı həm səhnə performansı, həm də mahnının enerjisi ilə sosial şəbəkələrdə geniş müzakirə yaradıb.
