BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanes İsrailin Qəzzada fələstinlilərə qarşı həyata keçirdiyi zorakılıqlara sərt reaksiya verib.
Redaksiya xəbər verir ki, Albanes beynəlxalq ictimaiyyətə çağırış edərək, fələstinlilərə qarşı törədilən vəhşiliklərə susmayan ölkələri konkret addımlar atmağa səsləyib.
“Fələstinlilərə qarşı həyata keçirilən vəhşiliyə səs verən bütün ölkələrə çağırış edirəm: artıq İsraili cəzalandırın,” – deyə Albanes bildirib.
O, İsrailin beynəlxalq hüququ pozduğunu və cəzasızlığın davam etməsinin daha geniş fəlakətlərə yol aça biləcəyini vurğulayıb. Məruzəçi beynəlxalq mexanizmlərin işə salınmasının vacibliyini qeyd edib.
Sevinc Kərimova
