İranın xarici işlər naziri yaxın günlərdə qüvvəyə minəcək “snapback” mexanizmini təhlükəli gərginliyin qəsdən artırılması kimi qiymətləndirib. Nazir bildirib ki, bu qərar bölgədə sabitliyi daha da risk altına salır.
Redaksiya xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Rusiya və Çinin sanksiyaların təxirə salınması ilə bağlı təklifini rədd edib. Qərara əsasən, İrana qarşı sanksiyalar bu gün Bakı vaxtı ilə səhərə yaxın qüvvəyə minəcək.
İran hökuməti isə xəbərdarlıq edib ki, sanksiyalar tətbiq olunarsa, ölkə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə yoxlamalarından geri çəkiləcək. Bu addım beynəlxalq ictimaiyyətdə yeni narahatlıqlar yaradıb və tərəflərin atacağı növbəti addımlar diqqətlə izlənilir.
