Bitcoin-in əfsanəvi banisi Satoşi Nakamoto Adam Bek çıxdı

Bitcoin-in əfsanəvi banisi Satoşi Nakamoto Adam Bek çıxdı

Fərid Əlizadə · Media ·

Bitcoin yaradıcısının kimliyi aşkar edilib. Jurnalistlərin iddialarına görə, əfsanəvi Satoşi Nakamoto İngiltərədən olan 55 yaşlı kriptoqraf Adam Bekdir.

Redaksiya məlumat verir ki, The New York Times qəzeti 1.5 il ərzində araşdırma aparıb və Adam Bekin məhz Satoşi olduğuna əmindir. Yazı tərzi, ikiqat boşluq istifadə etmək vərdişi, oxşar Britaniya lüğəti və bir çox digər təfərrüatlar bu nəticəni təsdiqləyir.

Bek müsahibə zamanı kiçik bir detalda yaxalansa da, birbaşa cavab verməyib. Kriptoçu hər şeyi inkar edir və onun Satoşi Nakamoto olduğuna dair təkzibedilməz sübutlar yoxdur.

Bununla belə, məhz Adam Bek mayninqin əsasını təşkil edən Hashcash-i icad edib. O, hələ 90-cı illərdə Bitcoin-ə bənzər bir konsepsiya təsvir etmişdi.

Hazırda Nakamotonun cüzdanında 78 milyard dollar dəyərində Bitcoin var. Qeyd olunur ki, bu vəsaitlər heç vaxt hərəkət etməyib.