Bill Qeyts, Pfizer rəhbəri və Klaus Şvaba qarşı olan vəkil həbs edilib

Bill Qeyts, Pfizer rəhbəri və Klaus Şvaba qarşı olan vəkil həbs edilib

Sevinc Kərimova · Siyasət ·

COVID-19 siyasətləri və peyvəndlə bağlı yarana biləcək sağlamlıq fəsadları ilə əlaqədar Bill Qeyts, Pfizer-in baş direktoru Albert BurlaDünya İqtisadi Forumunun keçmiş rəhbəri Klaus Şvaba qarşı başlanacaq məhkəmə prosesinə rəhbərlik etməli olan hollandiyalı vəkil prof. dr. Remme Verkerk məhkəməyə az qalmış həbs olunub.

Redaksiya xəbər verir ki, hadisə ilə bağlı rəsmi orqanlar hələlik geniş açıqlama verməsə də, vəkilin həbsi beynəlxalq mediada və sosial platformalarda ciddi rezonansa səbəb olub.

Qeyd edək ki, bu proses pandemiya dövründə tətbiq edilən tədbirlərin və peyvənd siyasətinin hüquqi və ictimai aspektlərini gündəmə gətirəcək mühüm bir məhkəmə kimi qiymətləndirilirdi. İddianın əsas mövzusu, peyvəndin mümkün fəsadları və COVID-19 dövründə verilmiş qərarların hüquqi əsaslarıdır.

Hazırda vəkilin həbsi ilə bağlı istintaqın detalları və məhkəmə prosesinin aqibəti ilə bağlı rəsmi məlumat gözlənilir.

Sevinc Kərimova