Bill Qeyts İlon Maskla bağlı sərt açıqlama verdi

Bill Qeyts İlon Maskla bağlı sərt açıqlama verdi

Sevinc Kərimova · Cəmiyyət ·

Bill Qeytsin son müsahibəsində İlon Maska yönəltdiyi sərt tənqidlər dünya ictimaiyyətində geniş rezonans doğurdu. Milyarder, Maskın hökumət yardımlarını kəsməsinin, yoxsul ölkələrdəki uşaqların həyat hüquqlarını pozduğunu iddia edir.

Redaksiya məlumat verir ki, Qeytsin tənqidləri əsasən İlon Maskın yaratdığı və dövlət xərclərində "səmərəliliyi artırmaq" iddiası ilə fəaliyyət göstərən Hökumət Səmərəliliyi Nazirliyinə (DOGE) yönəlib. Bu yeni qurum, fevral ayında ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq qərarına gəlmişdi. Qeytsin fikrincə, bu qərar bir çox yoxsul ölkədə səhiyyə xidmətlərinin çökməsinə səbəb olacaq. Xüsusilə, anbarlarda saxlanılan dərman və ərzaq yardımlarının paylanmadan çürüməyə tərk edildiyi, bunun da qızılca, İİV və poliomielit kimi xəstəliklərin yenidən artmasına səbəb olduğu bildirilir.

Qeyts, Mozambik və Qəzzada İİV ilə mübarizə aparan mərkəzlərin də bu kəsintilərdən birbaşa təsirləndiyini qeyd edib. Bu mərkəzlər, İİV-ə yoluxmuş anaların körpələrinə virusun keçməsinin qarşısını alan müalicə proqramlarının davam etdirilməsi üçün ABŞ-dan gələn yardımlardan asılı idi.

İlon Mask tərəfindən hələlik bu açıqlamalara cavab verilməyib. Lakin Qeytsin bəyanatları ABŞ ictimaiyyətində və qlobal səhiyyə dairələrində geniş əks-səda doğurdu. USAID kimi beynəlxalq yardım agentliklərinin fəaliyyətinin dayandırılmasının, uzunmüddətli zərərlərə yol açmasından narahatlıq ifadə olunur.

Bill Qeytsin yaxın gələcəkdə sərvətinin 99%-ni Qeyts Fonduna bağışlayacağı və növbəti 20 il ərzində fond vasitəsilə 200 milyard dollardan çox vəsait xərcləyəcəyi bildirilir. Bu hadisələr fonunda, dünya ictimaiyyəti tərəfindən Maskanın atdığı addımların nəticələri diqqətlə izlənilir.

Sevinc Kərimova