Amerikalı mühafizəkar siyasi şərhçi Bill O'Reyli İranın nüvə və kritik infrastrukturuna qarşı daha sərt hərbi tədbirlərin görülməli olduğunu bildirib. O, prezident olsaydı, İrandakı Pikaks Mauntin obyektini digər nüvə obyektləri kimi məhv edəcəyini deyib.
Redaksiya xəbər verir ki, O'Reyli Tehran sakinlərinin əvvəlcədən təxliyəyə çağırılmasını, daha sonra isə şəhərin infrastrukturu, su təchizatı və elektrik şəbəkəsinin hədəfə alınmasını təklif edib.
Onun sözlərinə görə, Donald Tramp minlərlə mülki şəxsin ölümünə səbəb olmaq istəməyib. Bununla belə, O'Reyli mövcud vəziyyətdə başqa seçimlərin getdikcə azaldığını düşündüyünü bildirib.
O'Reylinin açıqlaması İranın nüvə proqramı və regiondakı hərbi gərginlik fonunda səslənib. O, mülki əhalinin əvvəlcədən təxliyəsini vacib şərt kimi göstərsə də, təklif etdiyi addımların genişmiqyaslı infrastruktur zərbələrini nəzərdə tutduğunu bildirib.
