Almaniyanın paytaxtı Berlində yüz minlərlə insan İsrailin Qəzzada həyata keçirdiyi qətliamları etirazla qarşılayaraq kütləvi yürüş keçirib.
Redaksiya xəbər verir ki, nümayişçilər Almaniya hökumətini Fələstin dövlətini tanımağa və İsraillə ticarət əlaqələrini dayandırmağa çağırıblar.
Aksiya boyu müxtəlif şüarlar səsləndirilib, Fələstin bayraqları qaldırılıb və beynəlxalq ictimaiyyətə ədalətli mövqe tutmaq çağırışı edilib.
