Benzin qiyməti 2022-dən bəri ən yüksək həddə yaxınlaşıb

Benzin qiyməti 2022-dən bəri ən yüksək həddə yaxınlaşıb

Fərid Əlizadə · Media ·

ABŞ-da benzin qiymətləri İranla müharibə fonunda kəskin bahalaşıb. Ölkə üzrə etilsiz benzinin orta qiyməti bir qallon üçün 4,39 dollar səviyyəsinə yüksəlib.

Redaksiya AAA və Reuters-ə istinadla xəbər verir ki, bu göstərici bütün zamanların rekordu deyil, lakin 2022-ci ilin yayından bəri ən yüksək səviyyələrdən biri hesab olunur. ABŞ-da benzin qiymətlərinin tarixi rekordu 2022-ci ilin iyununda bir qallon üçün 5 dollardan yuxarı qeydə alınmışdı.

Məlumata görə, münaqişənin başlanğıcından bəri ABŞ-da yanacaq qiymətləri 40 faizdən çox artıb. Neftin bahalaşması, Hörmüz boğazı ətrafında gərginlik və qlobal enerji daşımalarında yaranan risklər qiymət artımının əsas səbəbləri kimi göstərilir.

Yanacağın bahalaşması ABŞ iqtisadiyyatına da təzyiq yaradır. Ekspertlər bildirirlər ki, benzin qiymətlərinin 4 dollardan yuxarı qalması istehlak xərclərini azaldır, inflyasiya riskini artırır və xüsusilə nəqliyyat, pərakəndə satış və restoran sektorlarına mənfi təsir göstərir.