Belçika BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq

Belçika BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq

Sevinc Kərimova · Siyasət ·

Belçika Xarici İşlər naziri Maksim Prevo açıqlama verərək ölkəsinin bu ay keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını bildirib.

Redaksiya xəbər verir ki, nazir Prevo çıxışında bu qərarın Brüsselin Yaxın Şərqdə ədalətli və dayanıqlı sülhün qurulmasına verdiyi dəstəyin göstəricisi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Belçikanın mövqeyi iki dövlətli həllin həyata keçirilməsini təşviq etməyə yönəlib.

Diplomat əlavə edib ki, bu addım beynəlxalq hüquqa və BMT qətnamələrinə uyğun olaraq atılır. Prevo həmçinin ümid etdiyini bildirib ki, digər Avropa ölkələri də oxşar mövqe nümayiş etdirəcək və Fələstin xalqının haqlarının tanınmasına töhfə verəcəklər.

Sevinc Kərimova