Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib.
"APA-Economics" xəbər verir ki, AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsi Bakı vaxtı ilə saat 13:25-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə qayıdışı təmin edilib.

BƏƏ-də qalan 200-ə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Sevinc Kərimova · İqtisadiyyat ·