ABŞ-ın sabiq Prezidenti Barak Obama Qəzzada yaşanan humanitar böhranla bağlı mövqe bildirib.
Redaksiya xəbər verir ki, Obama açıqlamasında mülki əhaliyə ərzaq və su çatdırılmasının qarşısının alınmasının qəbuledilməz olduğunu deyib:
“Qəzzadakı insanlara yardımın çatdırılmasına icazə verilməlidir. Sivil əhalinin qidalanma və su kimi əsas ehtiyaclarının qarşılanmamasının heç bir əsaslı səbəbi ola bilməz,” — deyə o vurğulayıb.
Obama daha əvvəl də Qəzzadakı vəziyyətin humanitar fəlakət həddinə çatdığını qeyd etmiş və beynəlxalq ictimaiyyəti mülki əhalinin müdafiəsinə çağırmışdı.
Sevinc Kərimova
