Bakı 21 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Bakı 21 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.
Qeyd edək ki, 1 may 2025-ci il tarixindən etibarən Bakı 21 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır.
Bakı 21 saylı mediasiya təşkilatının məlumatları:
Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küç. 16C (Cırtdan Parkın yanı)
Email: baku21@mediasiya.gov.az
Telefon: +994 (10) 250 57 10
