“Azneft”: Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb

“Azneft”: Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb

Fərid Əlizadə · İqtisadiyyat ·

Ölkə ərazisində hava şəraitinin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

İB-dən Redaksiya-ya bildiriblər ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.

“Bütün sahələrdə müvafiq məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır”, - deyə məlumatda bildirilir.