Azərbaycanda yeni iş yerləri yaradılıb

Azərbaycanda yeni iş yerləri yaradılıb

Aytac Dəniz · İqtisadiyyat ·

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində "Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, cəmiyyətin işçilərinin say həddi 82 ştat vahidi müəyyən edilib. (oxu.az)