Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb

Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb

Aytac Dəniz · Maliyyə ·

Bu ilin iyulun 1-nə Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri ötən ilin sonu ilə müqayisədə 20 % və yaxud 1,8 milyard manat azalaraq 7,2 milyard manata düşüb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, azalmanı şərtləndirən əsas amil isə Maliyyə Nazirliyi tərəfindən yeni emissiyaların həcminin az olmasıdır. Hesabat dövrü ərzində AMB notlarının dövriyyədəki məbləği 30 % (0,1 milyard manat) artaraq 0,5 milyard manata çatıb.