2026-cı ilin III rübünün sonuna Azərbaycan Beynəlxalq Bankının (ABB) vaxtı keçmiş kreditlərinin həcmi 386,7 milyon manat təşkil edib. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 41,3 milyon manat və ya 12% çoxdur.
Hesabat dövründə biznes kreditləri üzrə vaxtı keçmiş borcların həcmi 116,3 milyon manatdan 99,7 milyon manata enib. Beləliklə, bu istiqamətdə gecikmiş kreditlər 16,6 milyon manat və ya 14,3% azalıb.
İstehlak kreditləri üzrə vaxtı keçmiş borclar isə 183,2 milyon manatdan 228,9 milyon manata yüksəlib. Bu, 45,7 milyon manat və ya 24,9% artım deməkdir.
Daşınmaz əmlak kreditləri üzrə vaxtı keçmiş borcların həcmi 2025-ci ilin sonundakı 45,8 milyon manatdan 58,1 milyon manata çatıb. Beləliklə, bu kateqoriya üzrə gecikmiş kreditlər 12,2 milyon manat və ya 26,6% artıb.
Bununla yanaşı, bankın bir il və daha artıq müddətə gecikdirilmiş kreditlərinin həcmi 133,3 milyon manatdan 153,9 milyon manata yüksəlib. Bu, 20,6 milyon manat və ya 15,5% artım deməkdir.
Bu kateqoriyada ən böyük pay istehlak kreditlərinə məxsus olub. Belə ki, bir il və daha artıq gecikdirilmiş istehlak kreditləri 2025-ci ilin sonundakı 69,9 milyon manatdan 84,4 milyon manata yüksəlib. Bu, 14,5 milyon manat və ya 20,8% artım deməkdir.
Biznes kreditləri üzrə eyni müddətə gecikdirilmiş borclar 53,4 milyon manatdan 57,1 milyon manata, daşınmaz əmlak kreditləri üzrə isə 10 milyon manatdan 12,5 milyon manata çatıb.
Beləliklə, bir il və daha artıq gecikdirilmiş kreditlərdə ümumi artımın təxminən 70%-i istehlak kreditlərinin payına düşüb.
Qeyd edək ki, 2026-cı il sentyabrın 30-na ABB-nin ümumi kredit portfeli 7 milyard 854,1 milyon manat təşkil edib. Vaxtı keçmiş kreditlərin portfeldə payı 2025-ci ilin sonundakı 4,83%-dən 4,92%-ə yüksəlib.
Plat.az
