Azərbaycan və Türkiyə XİN rəhbərləri telefonla regional məsələləri müzakirə ediblər

Azərbaycan və Türkiyə XİN rəhbərləri telefonla regional məsələləri müzakirə ediblər

Sevinc Kərimova · Siyasət ·

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub. Söhbət zamanı ikitərəfli əməkdaşlıq və regional məsələlər müzakirə olunub.

Redaksiya xəbər verir ki, Hakan Fidan, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşündə əldə olunan tarixi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O, bu prosesin bölgədə sülh və sabitliyin möhkəmlənməsi üçün mühüm addım olduğunu vurğulayıb.

Tərəflər həmçinin gələcəkdə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sevinc Kərimova