“Azərbaycan Sənaye Sığorta”nın yığımları 2,5 milyon azaldı

“Azərbaycan Sənaye Sığorta”nın yığımları 2,5 milyon azaldı

Aytac Dəniz · İqtisadiyyat ·

“Azərbaycan Sənaye Sığorta” ASC-nin 2026-cı ilin yanvar–avqust aylarında sığorta yığımlarında azalma, ödənişlərində isə artım qeydə alınıb.

Şirkət hesabat dövründə 16,390 milyon manat sığorta haqqı toplayıb. 2025-ci ilin eyni dövründə isə bu göstərici 18,913 milyon manat təşkil edib.

Beləliklə, “Azərbaycan Sənaye Sığorta”nın yığımları illik müqayisədə 2,523 milyon manat və ya 13,3% azalıb.

Şirkətin sığorta ödənişləri isə əks istiqamətdə dəyişib. Belə ki, 2025-ci ilin yanvar–avqust aylarında 6,913 milyon manat olan ödənişlərin həcmi 2026-cı ilin eyni dövründə 10,621 milyon manata yüksəlib.

Nəticədə sığorta ödənişləri bir il ərzində 3,708 milyon manat və ya 53,6% artıb.

Yığımların azalması və ödənişlərin artması şirkətin zərərlilik göstəricisinin yüksəlməsinə səbəb olub. Belə ki, ödənişlərin sığorta haqlarına nisbəti 2025-ci ilin yanvar–avqust aylarında 36,6% olduğu halda, 2026-cı ilin eyni dövründə 64,8%-ə yüksəlib.

Başqa sözlə, şirkət bu ilin ilk 8 ayında topladığı hər 100 manat sığorta haqqının təxminən 65 manatını sığorta ödənişlərinə yönəldib. Ödəniş/yığım nisbəti bir il ərzində 28,2 faiz bəndi artıb.

Beləliklə, “Azərbaycan Sənaye Sığorta”da sığorta portfelinin daralması fonunda ödəniş yükünün artması müşahidə olunub. Yığımların 13%-dən çox azalmasına baxmayaraq, ödənişlərin 50%-dən artıq artması şirkətin zərərlilik göstəricisini əhəmiyyətli dərəcədə yüksəldib.

Qeyd edək ki, “Azərbaycan Sənaye Sığorta” ASC 1996-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 11 milyon manat təşkil edir. Səhmlərinin 95%-i “Anadolu Investment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Plat.az