Azərbaycan Respublikasının Baş Prokurorluğuna hakimliyə namizədlərin təlim səfəri təşkil olunub

Azərbaycan Respublikasının Baş Prokurorluğuna hakimliyə namizədlərin təlim səfəri təşkil olunub

Yulduz Səlimov · Cəmiyyət ·

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən uzunmüddətli təlim proqramına cəlb edilmiş hakimliyə namizədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna təlim səfəri cari ilin 25 sentyabr tarixində təşkil olunub.

Səfər çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində iştirakçılara Baş Prokurorluğun tarixi inkişafı, qanunun aliliyinin təminində və ədalət mühakiməsinin həyata keçirilməsində oynadığı mühüm rol, habelə prokurorluq orqanlarının strukturu və fəaliyyətinin əsas prinsipləri barədə ətraflı məlumat verilib.

Daha sonra onlar Baş Prokurorluğun inzibati binasında yaradılmış şərait, Elm Tədris Mərkəzinin, o cümlədən kriminalistika laboratoriyası, istintaq hərəkətlərinin aparıldığı otaqlar, kitabxana, muzey və Vətən müharibəsinə həsr edilən tarixi-memorial qalereya ilə tanış olublar.