Azərbaycan-Ermənistan yeni dəhliz yaradır

Azərbaycan-Ermənistan yeni dəhliz yaradır

Sevinc Kərimova · Media ·

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh əldə olunduqdan sonra yeni Mərkəzi Dəhliz qolu yaratmaq istiqamətində sıx əməkdaşlıqdan bəhs edib.

Prezident qeyd edib ki, bu marşrut Ermənistan ərazisindən keçəcək və bu, Ermənistanın tarixində ilk dəfə olaraq ölkənin tranzit statusu qazanması deməkdir.

Bu layihə Naxçıvanla Azərbaycanın materik hissəsi arasında fasiləsiz əlaqə təmin edəcək və bundan hamı faydalanacaq.