Avstraliyada hantavirus nümunələri itkin düşüb

Avstraliyada hantavirus nümunələri itkin düşüb

Aytac Dəniz · Media ·

Avstraliyada laboratoriyadan hantavirus nümunələrinin itməsi ilə bağlı illər əvvəl baş vermiş bio­təhlükəsizlik pozuntusu MV Hondius kruiz gəmisindəki yoluxma fonunda yenidən gündəmə gəlib.

Redaksiya ABC Australia və ÜST-ə istinadla xəbər verir ki, Kvinslend İctimai Səhiyyə Virusologiya Laboratoriyasında Hendra virusu, lyssavirus və hantavirus nümunələrinin itkin düşməsi faktı 2023-cü ilin avqustunda aşkarlanıb.

Kvinslend hökumətinin məlumatına görə, ümumilikdə 323 virus nümunəsi uçotdan çıxıb. Onların arasında hantavirus nümunələrinin də olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb, lakin itən nümunələrin oğurlandığı, məhv edildiyi və ya səhv uçot səbəbindən sistemdən kənarda qaldığı hələlik dəqiq müəyyən edilməyib.

Bu qalmaqal MV Hondius kruiz gəmisində hantavirus yoluxmaları fonunda yenidən diqqət çəkib. ÜST-ün məlumatına görə, gəmi ilə əlaqəli yoluxma halları və ölüm faktları qeydə alınıb.

Bununla belə, Avstraliya laboratoriyasındakı itkin nümunələrlə MV Hondius gəmisindəki yoluxma arasında təsdiqlənmiş əlaqə yoxdur. Səhiyyə qurumları hantavirusun əsasən gəmiricilərlə təmas yolu ilə yayıldığını və ümumi əhali üçün riskin aşağı qiymətləndirildiyini bildirirlər.