Avstraliya hökuməti Fələstindəki humanitar fəlakətlə bağlı bəyanatla çıxış edib.
Redaksiya xəbər verir ki, Avstraliyanın xarici işlər naziri Qəzza zolağında yaşayan dinc əhalinin üzləşdiyi acılar və aclığın dözülməz həddə çatdığını bildirib: “Qəzzadakı mülki insanların çəkdiyi əzablar və aclıq dərhal sona çatmalıdır”.
Nazir əlavə edib ki, Avstraliya hökuməti Qəzzaya əlavə olaraq 20 milyon dollar humanitar yardım ayıracaq. Yardımın əsas məqsədi bölgədə aclıqla mübarizə, tibbi ləvazimatların çatdırılması və təhlükəsiz humanitar dəhlizlərin dəstəklənməsidir.
Bu mövqeyə ictimai dəstək də ifadə olunub. Bu gün Sidneydə 10 minlərlə insan küçələrə çıxaraq Fələstinə dəstək yürüşü keçirib. Aksiya iştirakçıları atəşkəs çağırışları edib, Qəzzada baş verənlərə beynəlxalq reaksiyanın gücləndirilməsini tələb ediblər.
Avstraliya rəsmiləri beynəlxalq ictimaiyyəti daha fəal olmağa və Qəzzada vəziyyətin yüngülləşdirilməsi üçün təcili tədbirlər görməyə çağırıb.
Sevinc Kərimova
