Avropa Trampdan Rumıniyada F-35 yerləşdirməyi tələb edir

Avropa Trampdan Rumıniyada F-35 yerləşdirməyi tələb edir

Sevinc Kərimova · Siyasət ·

Avropa dövlətləri ABŞ-dan Ukraynaya təhlükəsizlik zəmanətlərini gücləndirməyi istəyir. Bu məqsədlə onlar ABŞ prezidenti Donald Trampdan Rumıniyada F-35 qırıcılarının yerləşdirilməsini xahiş ediblər.

Redaksiya xəbər verir ki, hazırda Rumıniyada NATO-nun Avropada ən böyük hərbi hava bazasının inşası davam edir. Bu baza Rusiyanın bölgədəki təsirinə qarşı əsas müdafiə dayağı kimi nəzərdə tutulub.

Məlumata görə, Avropa ölkələri həmçinin ABŞ peyklərindən GPS və kəşfiyyat dəstəyi istifadəsinə təminat istəyir. Bundan əlavə, onlar Ukraynaya “Patriot” və “Nasams” zenit-raket komplekslərinin göndərilməsini, eləcə də Qara dəniz üzərində kəşfiyyat təyyarələrinin uçuşlarına icazə verilməsini tələb edirlər.

Donald Tramp isə daha əvvəl ABŞ qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsini istisna etmişdi. Bununla belə, o, ABŞ təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq hava dəstəyi verməyə hazır olduğunu bildirib.

Sevinc Kərimova