Avropa İttifaqı Türkiyəyə müdafiə sənayesi sahəsində ortaq alım və layihələrdə iştirak üçün rəsmi çağırış edib. Bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas açıqlama verib. O, Türkiyənin Böyük Britaniya ilə birlikdə bu prosesə qoşula biləcəyini bildirib.
Redaksiya xəbər verir ki, Kaja Kallas məsələ ilə bağlı çıxışında qeyd edib: “Avropa ölkələri bu günə qədər müdafiə sənayesi ehtiyaclarının 60 faizini ABŞ-dan təmin edib. Biz artıq öz sənayemizi gücləndirməliyik. Bu məqsədlə ortaq ölkələrlə birgə alımlar və layihələr həyata keçirəcəyik. Türkiyə də namizəd ölkə kimi bu sistemə qoşula bilər.”
Kallas əlavə edib ki, Avropa İttifaqı 800 milyard avroluq resurs ayırır və bu çərçivədə Türkiyənin Aİ müdafiə təşəbbüslərində iştirakına yaşıl işıq yandırılıb. O, bununla yanaşı, Türkiyədə demokratiya və insan hüquqları ilə bağlı narahatlıqların da davam etdiyini vurğulayıb. Lakin strateji sahələrdə əməkdaşlığın zəruri olduğu da bəyan edilib.
Sevinc Kərimova
