Avropa İttifaqı rəhbərliyi İrandakı hadisələrlə bağlı dərin narahatlığını ifadə edib.
Redaksiya xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antonio Kosta nüvə təhlükəsizliyinin təmin edilməsinin və gərginliyi daha da artıracaq hərəkətlərin qarşısının alınmasının həyati əhəmiyyət kəsb etdiyini bildiriblər.
Qeyd olunub ki, Avropa İttifaqı İranın və İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyətinə cavab olaraq genişmiqyaslı sanksiyalar tətbiq edib və nüvə və ballistik proqramlarla bağlı məsələlərin danışıqlar yolu ilə həllinə dair diplomatik səylərini davam etdirir.
Rəhbərlik bütün tərəfləri maksimum dərəcədə təmkinli olmağa, mülki əhalini qorumağa və beynəlxalq hüquqa tam riayət etməyə çağırıb.
