ASCO-nun bərələri ilə sərnişin daşımalarında artım qeydə alınıb

ASCO-nun bərələri ilə sərnişin daşımalarında artım qeydə alınıb

Aytac Dəniz · İqtisadiyyat ·

AZCON Holding şirkətlərindən olan ASCO-nun bərələri ilə 2026-cı ilin yanvar–iyul ayları ərzində 16 010 nəfər sərnişin daşınıb.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artım deməkdir. Belə ki, 2025-ci ilin yanvar–iyul aylarında daşınan sərnişinlərin sayı 14 919 nəfər olub.

Bu ilin iyul ayı üzrə sərnişin daşınması isə keçən ilin eyni dövrü ilə müqayisədə 30,7% artıb. Ötən ay ASCO-nun bərələri ilə 2 791 nəfər sərnişin daşınıb. 2025-ci ilin iyulunda bu rəqəm 2 136 olub.