“ASAN xidmət” mərkəzlərinin İKT infrastrukturunun yenilənməsinə 3.5 milyon manat ayrılıb.
Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bəzi “ASAN xidmət” mərkəzlərində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun yenilənməsi üçün avadanlıqlar satın alır.
Satınalma üzrə “BEETECH” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3 495 000 manat məbləğində müqavilə bağlanıb.
Müqavilə bəzi “ASAN xidmət” mərkəzlərinin İKT infrastrukturunun yenilənməsi məqsədilə avadanlıqların satın alınmasını əhatə edir. (banker)

“ASAN xidmət” mərkəzlərinin İKT infrastrukturuna 3.5 milyon manat xərclənəcək
Aytac Dəniz · Maliyyə ·