Son elmi araşdırmalar göstərir ki, qəhvə qadın orqanizminə spirtli içkilər və enerji içkilərindən daha güclü mənfi təsir göstərə bilər.
Redaksiya xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qəhvə içildikdən sonra bədəndə kortizol səviyyəsi sürətlə yüksəlir və orqanizm güclü stress vəziyyətinə düşür. Şəkər və şirələr əlavə olunan qəhvələr insulin səviyyəsində kəskin dalğalanmalara səbəb olur.
Bundan başqa, süd qatılmış qəhvə bəzi qadınlarda dəridə səpgilərin və sızanaqların yaranmasına, iltihabın artmasına gətirib çıxara bilər. Bu proseslər dərinin yaşlanma sürətini dəfələrlə artırır.
Alimlər qadınlara qəhvə istehlakını məhdudlaşdırmağı və xüsusən şəkər, şirə və süd əlavə olunmuş variantlardan uzaq durmağı tövsiyə edirlər.
Aytac Dəniz
